Gürcüstanda koronavirusun 25 yeni halı qeydə alındı, on pasiyent sağaldı
Gürcüstanda koronavirusun 25 yeni halı qeydə alındı, on pasiyent sağaldı

Gürcüstanda koronavirusun 25 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 250  halı təsdiq olunub. Buradan 1010 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 17 pasiyent vəfat edib.

Karantin rejimində 7 068 vətəndaş, stasionarda müşahində altında 242 vətəndaşdır.