Gürcüstanda koronavirusun 165 yeni halı qeydə alındı
Gürcüstanda koronavirusun 165 yeni halı qeydə alındı

Gürcüstanda koronavirusun 165 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 2 392 halı təsdiq olunub. Buradan 1 369 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirusdan 19 pasiyent vəfat edib.

Karantin rejimində 5 882 vətəndaş, stasionarda müşahində altında 390 vətəndaşdır