Gürcüstanda koronavirusdan 37 pasiyent vəfat etdi

Gürcüstanda koronavirusdan 37 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 1 267-ni təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 3 216 halı qeydə alındı. Ölkədə bu vaxt üçün koronavirusun 135 584 halı təsdiq olunub.

3 937 pasiyent müalicə onuraq sağaldı və ümumilikdə sağalanların sayı 113 986-nı təşkil edir.