Gürcüstanda koronavirusdan 14 pasiyent vəfat etdi
Gürcüstanda koronavirusdan 14 pasiyent vəfat etdi

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 14 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 215-i təşkil edir.

Bu gün virusa yoluxmanın 1872 yeni halı aşkar edildi və 603 pasiyent müalicə olunaraq sağaldı.

Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 1 928 yeni halı aşkar edildi, səkkiz pasiyent vəfat etdi.