Gürcüstanda koronavirusa yoluxanların sayı 188-ə qədər artdı
Gürcüstanda koronavirusa yoluxanların sayı 188-ə qədər artdı

Gürcüstanda koronavirusun daha 14 yeni halı təsdiq olundu.

Bu barədə məlumat hökumət tərəfindən yaradılan xüsusi vebsəhifədə, stopcov.ge-də az öncə yeniləşdirildi.

Elə həmin vebsəhifənin göstəriciləri ilə, Gürcüstanda yeni koronavirusun 188 halı təsdiq olunub, buradan 36 nəfər sağalıb.

Koronavirus nəticəsində bir pasiyent dünyasını dəyişdi.

Karantin rejimində 5056 insan qalmaqdadır, stasionarda müşahidə altında – 386 insandır.