"Gürcü Arzusu" fraksiyası "Qirqvlianinin düzəlişləri" qanunvericilik zərfi üzrə işləmə başlayır
"Gürcü Arzusu" fraksiyası "Qirqvlianinin düzəlişləri" qanunvericilik zərfi üzrə işləmə başlayır

“Gürcü Arzusu” fraksiyası yeni qanunvericilik zərfi üzrə işləmə başlayır. Mamuka Mdnaradze onu “Qirqvlianinin düzəlişləri” adlandırdı.

Mamuka Mdnaradzenin bu gün keçirilən brifinqdə bəyan etdiyinə görə, “Gürcü Arzusu” ictimaiyyət qarşısında özünü borclu hesab edir ki, Qirqvliani və başqa işlər üzrə yalnız ədalətin yerinə yetirilməsi deyil, həmçinin Qirqvlianinin işinin residivinin təkrarlanmaması üçün siyasi və hüquqi bariyerlər yaradılsın.

Bütün ay ərzində ictimaiyyət müşahidə edirdi ki, Saakaşvili və Marqvelaşvili nə cür tandemdə söhbət edirdilər, -bu barədə “Gürcü Arzusu” fraksiyasının sədri, Mamuka Mdinaradze bu gün təşkil edilən brifinqdə bəyan etdi.

Onun dediyinə görə, faktdır ki, Marqvelaşvili Saakaşvili qarşı irəli sürülən başqa işlər üzrə də bu cür hərəkət edir.

Mamuka mdinaradzenin bu gün təşkil edilən brifinqdə bəyan etdiyi kimi, Giorgi Marqvelaşvili vətəndaşlara məxsus doqquz milyonun israfını “pidjaklar işi” kimi xatırlayır və siyasi təqib kimi dəyərləndirir, bununla bir daha şübhə yaradır ki, onun məqsədi Saakaşvilinin məsuliyyətdən buyun qaçırmasıdır.

Bu gün təşkil edilən brifinqdə, Mamuka Mdinaradzenin bəyan etdiyinə görə, “Gürcü Arzusu” fraksiyası yeni qanunvericilik zərfi üzrə işləməyə başlayır. Zərf bir tərəfdən vətəndaşların dövlət təziqindən yüksək standartlarla müdafiəsinin təmin edilməsini və ikinci tərəfdən ədalətin təmin edilməsini nəzərdə tutur.