Qoridə avtostansiya məhəlləsində beş avtomobil soyulub
Qoridə avtostansiya məhəlləsində beş avtomobil soyulub

Qoridə beş avtomobil soyulub.

Hadisə gecə saatlarında maşın təmirxanasında baş verib.

Avtomobillərdən təkərlər, güzgülər və maqnitofonlar sökülüb.

Təmirxana sahibinin dediyinə görə, zərər min laridən artıqdır.

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, baş verən faktla bağlı istintaq 177-ci maddənin 2-ci hissəsinin “a” alt maddəsi ilə və 3-cü hissəsinin “d” alt maddəsi ilə aparılır.

Cinayət işi 4-dən 7 ilə qədər həbs cəzasını nəzərdə tutur.