Qivi Çiçinadze seçicilərinə dəstəklərinə görə minnətdarlığını bildirir
Qivi Çiçinadze seçicilərinə dəstəklərinə görə minnətdarlığını bildirir

“Gürcü Arzusu – Demokratik Gürcüstanın” aralıq seçkilərində namizədi Qivi Çiçinadze seçicilərə dəstəyinə görə təşəkkürünü bildirir.

“Üzərimə böyük məsuliyyət götürdüm və iki munisipalitetin – Vani və Xoninin majoritar deputatı oldum.

Seçicilərə mənə göstərdikləri dəstəyinə görə təşəkkürümü bildirirəm.

Ümumilikdə seçkilər dinc şəraitdə keçirildi, ciddi insidentlər baş verməyib”, – jurnalistlərlə söhbəti zamanı Çiçinadze bildirdi.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 54 saylı majoritar seçki dairəsinin 60 seçki məntəqəsində seçicilərin fəallığı 57.9% (27 846 seçici) təşkil etdi. Vani və Xoni seçki məntəqələrində keçirilən aralıq seçkilərində “Gürcü Arzusunun” namizədi liderlik edir.