Giorgi Kvirikaşvili Ambrolauridə "Gürcü Arzusunun" bölgə konfransını açacaq
Giorgi Kvirikaşvili Ambrolauridə "Gürcü Arzusunun" bölgə konfransını açacaq

“Gürcü Arzusu – Demokratik Gürcüstan” bu gün, Ambrolauridə bölgə konfransını keçirəcək. Burada şəhər təşkilatının sədrini, büro üzvlərini və qurultay nümayəndələrini seçəcəklər, – bu barədə məlumatı “Gürcü Arzusunun” mətbuat xidməti yayır.

Konfrans iştirakçılarına nitqlə müraciət edəcəklər: “Gürcü Arzusu – Demokratik Gürcüstan”-ın sədri, baş nazir Giorgi Kvirikaşvili, partiyanın baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze və icraçı katibi, Parlamentin sədri İrakli Kobaxidze.

Konfrans Ambrolauri Mədəniyyət Mərkəzində saat 15:00-da keçiriləcək.