Giorgi Qaxaria - Ruxi xəstəxanasında yaxın günlərdə, koronavirusla xəstələnənləri qəbul etmək üçün yüzə qədər yer olacaq
Giorgi Qaxaria - Ruxi xəstəxanasında yaxın günlərdə, koronavirusla xəstələnənləri qəbul etmək üçün yüzə qədər yer olacaq

Ruxi xəstəxanasında yaxın günlərdə, koronavirusla xəstələnən vətəndaşlarımızı qəbul etmək üçün yüzə qədər yer olacaq – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria Ruxi kəndində verdi.

“Bildiyiniz kimi, bu xəstəxana çox profilli və həqiqətən ciddi imkanları olan bir klinika olaraq, inşaat edilmişdi, ancaq hələ işə salınmamışdı. Bu gün ölkəmiz ciddi problemlər qarşısında durduğu üçün, klinika planlaşdırıldığından daha tez istismara veriləcək.

İşğal xəttinin arxasındaki ərazidən tibbi yardıma ehtiyacı olan çox insan gəlir və biz hər birinə yardım etməyə hazırıq. Yenə deyirəm, işğal xəttinin hər iki tərəfində yaşayan insanların sağlamlığına qayğı göstərməyə hazırıq” – dedi Giorgi Qaxaria.