Giorgi Qaxaria - Daxili İşlər Nazirliyinə tapşırıram ki, vətəndaşlara Tamar Baçaliaşvilinin işi ilə bağlı detallı məlumat verilsin ki, spekulyasiyalar üçün əsas qalmasın
Giorgi Qaxaria - Daxili İşlər Nazirliyinə tapşırıram ki, vətəndaşlara Tamar Baçaliaşvilinin işi ilə bağlı detallı məlumat verilsin ki, spekulyasiyalar üçün əsas qalmasın

Gürcüstanın baş naziri Giorgi Qaxaria Daxili İşlər Nazirliyinə tapşırıq verdi ki, 23 yaşlı Tamar Baçaliaşvilinin ölüm işinin istintaqı ilə bağlı vətəndaşlara detallı məlumat verilsin.

Bu barədə bəyanatı baş nazir hökümət iclasında verdi.

Qaxaria gənc qızın ailəsinə baş sağlığı verdi və qeyd etdi ki, belə trajik hallara hərkəs daha böyük məsuliyyətlə yanaşmalıdır.

“Bu hadisə ilə bağlı spekulyasiyalara yer verməməliyik. İlk öncə tez və efektiv istinaq aparılmalıdır və istintaqın gedişatı ilə bağlı ictimaiyyətə məlumat verilməlidir” – dedi Giorgi Qaxaria.

Baş nazirin dediyinə görə, ölkədə istintaqla bağlı problemlərin mövcud olduğunu hər kəs bilir və həmin sahədə islahatların keçirilməsi ona görə başladı.