Giorgi Baramidze bəyan edir ki, qəbz əsasında azad etdilər
Giorgi Baramidze bəyan edir ki, qəbz əsasında azad etdilər

“Milli Hərəkatın” liderlərindən biri, Giorgi Baramidze “feysbuk” sosoial şəbəkəsində bəyan edir ki, qəbz əsasında azad etdilər

“Milli Hərəkatın” ofirisinin şturmu zamanı qaza görə, pis oldum, gözlərimi polis maşınında açdım. DİN-in şüşəli binasında təcili tibbi yardım göstərildi. Yaxalama protokolunu tərtib etdilər. Qandallarla da bağladılar. Lakin bir saatdan sonra, qəbzlə azad etdilər. Ofisimizə qayıtdım. Güman edildiyinə görə, axşam və ya sabah başqa yaxalanaların məhkəmə prosesi olacaq.

Yoxlamağınıza və narahatçılığınıza görə hamınıza minnətdarlığımı bildirəm. Bizim mübarizəmiz Qavrilov rejiminin sona yetirilməsinə qədər davam edəcək”, – Baramidze yazır.

Hüquqmühafizəçilər “Vahid Milli Hərəkatın” sədri, Nika Meliyanı bu gün səhər yaxaladılar. Bununla yanaşı, “Milli Hərəkatın” ofisi qarşısında hüquqmühafizəçilərin qanuni tələblərinə tabe olmamaq faktı üzrə, İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə polis 21 nəfəri yaxaladı.