Qardabaninin iki kəndində koronavirus üzrə genişləndirilmiş testləşdirmə həyata keçirilir
Qardabaninin iki kəndində koronavirus üzrə genişləndirilmiş testləşdirmə həyata keçirilir

Qardabani munisipalitetinin iki kəndində, Qaracalar və Qaratəhlədə bu gündən genişləndirilmiş testləşdirmə başladı.

Səhərdən epidemiloqların altı qrupu səfərbər olunub. Onlar artıq Qaratəhlənin müxtəlif yerlərinə bölündülər.

Bu gün “PCR” texnologiya testləşdirilməsi 700-ə qədər insana ediləcək.

Qardabanidə koronavirusun cəmi 23 təsdiq olunmuş halı var. Buradan 14 hal Qaracalar kəndində qeydə alınıb. Virusa yoluxan üç insanın yoluxma mənbəsi məlum deyil. 60-ə qədər insan karantin məkanına yerləşdirilib.

Elə bu gün koordinasiya şurası qeyd olunan iki kəndin bağlanması məsələsini müzakirə edəcək.