Fransa hava müdafiə vasitələri artıq Gürcüstandadır
Fransa hava müdafiə vasitələri artıq Gürcüstandadır

Bu gündən Gürcüstan hava məkanı daha artıq müdafiə olunmuş və effekli nəzarət olunmuş olacaq. Fransa şirktləri ilə imzalanmış müqavilə ilə nəzərdə tutulmuş radiolokasiya stansiyaları və zenit-raket sistemləri artıq Gürcüstandadır, – bu barədə məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayır.

Elə onların məlumatına görə, gürcü ictimaiyyətinə onları izləməyə Alekseevka avisiya bazasında imkan veriləcək. Burada avisiya günü qeyd olunur.

Avisiya bazasında Thales Las və MBDA-dan əldə olunmuş radiolokasiya stansiyaları, idarə və məruzə mobil mərkəzləri və zenit-raket sistemləri sərgilənəcək.

Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ-ın yardımı ilə həmçinin vertalyot parkının yeniləşdirilməsi və modernləşdirilməsi həyata keçirilir.