Ermənistanda koronavirusun 843 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan 29 pasiyent vəfat etdi.
1 dekabr göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 135 967 halı qeydə alınıb.
Virus nəticəsində ölkədə 2 193 insan vəfat edib, 110 365 pasiyent müalicə olunaraq sağalıb.
Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 22 mindən artıq pasiyent müalicəsini davam etdirir.