Ermənistanda son 24 saat ərzində koronavirusun 843 halı aşkar edildi, 1 923 pasiyent sağaldı

11:53, 01.12.2020

Ermənistanda koronavirusun 843  yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 29 pasiyent vəfat etdi.

1 dekabr göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 135 967 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 2 193 insan vəfat edib, 110 365 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 22 mindən artıq pasiyent müalicəsini davam etdirir.

 

Oxşar