Ermənistanda koronavirusun 142 yeni halı aşkar edildi
Ermənistanda koronavirusun 142 yeni halı aşkar edildi

Ermənistanda son 24 saat ərzində koronavirusun 142 yeni halı aşkar edildi. Bu barədə məlumatı Ermənistan Xəstəliklərə Nəzarət Mərkəzi yayır.

Ümumilikdə, 14 may göstəriciləri ilə, Ermənistanda koronavirusun 2 860 halı aşkar edilib.

Hazırda 2 218 pasiyent müalicəsini davam etdirir. Buradan 69-nu xəstəxanaya son bir gün ərzində yerləşdirdilər.

Son 24 saat ərzində koronavirusdan daha bir insan həlak oldu. Nəticədə Ermənistanda virusdan həlak olanların sayı 49-u təşkil etdi.