Ermənistanda "Erməni Arzusu" yeni siyasi partiyası yaradıldı
Ermənistanda "Erməni Arzusu" yeni siyasi partiyası yaradıldı

Ermənistanda “Erməni Arzusu” adlı yeni siyasi partiya yaradıldı. Bu barədə məlumatı News.am erməni nəşri yayır.

Partiyanın təsisi qurultayı oktyabrın 24-də keçirildi. “Erməni Arzusu”-nun təşəbbüs qrupunun üzvləri – politoloq Armen Mkrtçyan, hüquqşünas Solaq Qriqoryan, Qarabağ müharibəsinin başçılarından biri Arşak Arşakyan, iqtisadiyyatçı Smbat Rostomyan, şərqşünas Qeqam Arutunyan, hüquqşünas David Xosrovani və vəkil Artavazd Sarkisyandır.

Partiynın yaradılması ilə bağlı bəyannamədə qeyd olunubdur ki, “Erməni Arzusu” həqiqi demokratik siyasi iqtisadi idarəetmə sistemini yaratmalıdır.