Ermənistanda bu gün növbədən kənar parlament seçkiləri keçirilir (foto)
Ermənistanda bu gün növbədən kənar parlament seçkiləri keçirilir (foto)

Ermənistanda bu gün növbədən kənar parlament seçkiləri keçirilir. Qanuna əsasən,  məntəqələrin bağlanılmasına qədər təbliğat qadağandır. Seçki məntəqələri saat səkkizdə açıldı və axşam səkkizdə bağlanacaq.

Seçkilərdə 11 siyasi partiya iştirak edir. Demək olar bütün tədqiqatlar Niko Paşinyanın qələbəsini proqnozlaşdırır.

Keçən ay Nikol Paşinyan vəzifsində istefa verdi ki, ölkədə parlament seçkiləri təyin olunsun.