Edqars Rinkeviçs - Latviya işğal olunmuş Sxinvalidə keçirilən üzdəniraq seçkiləri tanımır
Edqars Rinkeviçs - Latviya işğal olunmuş Sxinvalidə keçirilən üzdəniraq seçkiləri tanımır

Latviya işğal olunmuş Sxinvali bölgəsində keçirilən üzdəniraq seçkiləri tanımır, – bu barədə bəyantı tvitter səhifəsində Latviya Xarici İşlər naziri, Edqars Rinkeviçs yerləşdirdi.

“Latviya işğal olunmuş Sxinvali bölgəsində keçirilən üzdəniraq seçkiləri tanımır. Mən Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyimi bir daha təsdiq edirəm”, – Latviyalı diplomat yazır.

Dünən işğal olunmuş Sxinvalidə üzdəniraq parlament seçkiləri keçirildi.

Gürcüstan Xarici İşlər Nazirliyi, işğal olunmuş Sxinvali bölgəsində keçirilən qondarma parlament seçkilərinə əks səda verdi.

Xarici İşlər Nazirliyində bəyan edirlər ki, işğal olunmuş ərazilərdə keçirilən istənilən üzdəniraq seçkilər qanunsuzdur və beynəlxalq hüququn fundamental normalarına və prinsiplərinə ziddir.

Şərh yaz