Dünya Səhiyyə Təşkilatında koronavirus ilə bağlı fövqəladə iclas keçirilir
Dünya Səhiyyə Təşkilatında koronavirus ilə bağlı fövqəladə iclas keçirilir

Dünya Səhiyyə Təşkilatında yeni koronavirus ilə bağlı fövqəladə iclas keçirilir.

Cenevrədə keçirilən görüşdə, müstəqil ekspertlər, Xəstəliklərə Nəzarət Milli Mərkəzlərinin nümayəndələri və epidemiologlaq iştirak edirlər.

Məqsəd fəaliyyət planının işlənib hazırlanmasıdır. Bu gün qərar verilməlidir ki, Dünya Səhiyyə Təşkilatı virus ilə bağlı fövqəladə halı elan edəcək ya yox.

Həmçinin bu gün məlum olacaq ki, bütün ölkələrin nəzərə alacağı zəmanətlər olacaq ya yox.

Xatırladaq ki, Çində koronavirus ilə artıq doqquz insan həlak olub. Koronavirus həmçinin Taylandda, Cənubi Koreyada, Honq Konqda və ABŞ-da qeydə alındı.