Brüsseldə Şimali Atlantik Şurası Gürcüstan və Ukrayna Xarici İşlər nazirləri ilə görüşəcək
Brüsseldə Şimali Atlantik Şurası Gürcüstan və Ukrayna Xarici İşlər nazirləri ilə görüşəcək

Brüsseldə, NATO-nun baş qərargahında Şimali Atlantik Aliyansının Xarici İşlər ministerialı açılacaq. Ministerial çərçivəsində elə bu gün Şimali Atlantik Şurasının (NAC) Gürcüstan və Ukrayna Xarici İşlər nazirləri ilə görüşü keçiriləcək.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Gürcüstanın avroatlantik strukturlarına inteqrasıyası prosesi ilə bağlı məsələlər müzakirə olunacaq. Həmçinin, Qara Dəniz bölgəsində mövcud çağırışlara xüsusi diqqət ayrılacaq.

Gürcüstan Xarici İşlər Nazirliyinin dəyərləndirməsinə görə, bu cür yüksək səviyyəli görüş onun sübutudur ki, Aliyans Gürcüstanın NATO-ya üzv olmasının tərəfdarıdır.

NATO-nun Xarici İşlər ministerialında, Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani dekabrın 5-də planlaşdırılmış “Qətiyyətli Dəstək” (RSM) missiyası formatında iştirak edəcək.

NATO-nun Xarici İşlər ministerialı bu gün açılacaq və sabah başa çatacaq.