Britaniyada ötən bir gün ərzində koronavirusun 24 962 yeni halı aşkar edildi
Britaniyada ötən bir gün ərzində koronavirusun 24 962 yeni halı aşkar edildi

Britaniyada ötən bir gün ərzində koronavirusun 24 962 yeni halı aşkar edildi.

Qeyd olunan məlumatı “Reuters” agentliyi Britaniya Səhiyyə Nazirliyinin göstəricilərinə istinad edərək yayır.

Son 24 saat ərzində ölkədə koronavirusdan 168 insan vəfat etdi.

Ümumilikdə, Böyük Britaniyada virusun yayılmasından bu günə qədər koronavirusun 1.4 milyondan artıq təsdiq olunmuş halı aşkar edilib, 51 934 insan vəfat edib.