Braziliya və Yunanıstanda koronavirus qeydə alındı
Braziliya və Yunanıstanda koronavirus qeydə alındı

Braziliya və Yunanıstanda koronavirusun ilk halı qeydə alındı.

“Reuters” öz mənbələrinə istinad edərək məlumat yayır ki, Latın Amerikası ölkəsində yeni növ koronavirus 61 yaşlı qadında müəyyən edildi. O, San Paulo tibb mərkəzindədir. Agentliyin məlumatına görə, qadın 9 fevraldan 21 fevraladək İtaliyada idi.

Paralel olaraq koronavirusun ilk halı Yunanıstanda qeydə alındı. Qərb mediasının məlumatına görə, 38 yaşlı qadın Salonikin xəstəxanalarının birindədir. Məlum olduğu kimi, pasient yaxın keçmişdə İtaliyada olmuşdur.