Batumidə yaşayış binasının damının uçması nəticəsində iki nəfər zərər gördü

Güclü külək Batumidə, Çavçavadze küçəsində çox mərtəbəli binanın damını uçurdu.

Bu barədə məlumatı Birinci kanalın jurnalisti verir.

Mövcud olan məlumata görə, binanın uçan damı küçədə duran avtomaşınlara zərər verdi.

Hadisə zamanı iki nəfər xəsarət alıb.