Gürcüstan ərazisinin bir hissəsinin başqa bir ölkəyə verilməsi cəhdinə yönəlik hərəkətlə bağlı baş prokurorluqda istintaq aparılır
Gürcüstan ərazisinin bir hissəsinin başqa bir ölkəyə verilməsi cəhdinə yönəlik hərəkətlə bağlı baş prokurorluqda istintaq aparılır

Gürcüstan ərazisinin bir hissəsinin başqa bir ölkəyə verilməsi cəhdinə yönəlik hərəkətlə bağlı baş prokurorluqda istintaq aparılır.

Bu haqda baş prokurorluğun yaydığı bəyanatda deyilir.

Prokurorluğun bəyanatına görə, istintaqın başlamasına Gürcüstanın Müdafiyə Nazirliyinin yazılı müraciəti səbəb oldu, hansı ki, Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı komisiyaların fəaliyyəti ilə əlaqədardır.

Prokurorluqda bəyan edirlər ki, Gürcüstanın Müdafiyə Nazirliyinə məlumat çatıb ki, komisiya tərəfindən Azərbaycanın dövlət sərhədinin müəyyən hissələri Gürcüstanın ərazi maraqlarına zidd şəkildə razılaşdırılıb.

“Gürcüstanın baş prokurorluğunda faktla bağlı, Cinayət Məcəlləsinin 308-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır.

Hal-hazırda, digər məsələlərlə bərabər, prokurorluq Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiya prosesində iştirak edən komisiyanın bütün mütəxəssislərinin fəaliyyətlərinin qanuniliyi yoxlayır.

İstintaq idarəsi tərəfindən cari ilin sentyabrın 9-da, Levan Samxarauli adına məhkəmə ekspertizasının milli bürosunda kartoqrafik ekspertiza təyin edildi, hansında digər ekspertlərlə bərabər, akademik sahəsinin alimləri və geodeziya və kartoqrafiya sahəsinin aparıcı mütəxəssiləri də iştirak edirlər.

Cinayət işi ilə bağlı bir neçə şəxs göz altına alındı.

Yüksək ictimai maraqdan dolayı, Gürcüstan Prokurorluğu periodik olaraq, əhaliyə istintaqın gedişatı ilə bağlı məlumat verəcək.