Bakurianidə yay sezonu rəsmi olaraq sabah açılacaq
Bakurianidə yay sezonu rəsmi olaraq sabah açılacaq
İqtisadiyyat və Sabit İnkişaf Nazirliyinin “Dağ kurortlarının inkişaf kampanyası” Bakurianidə(Didvelidə) yay sezonunu rəsmi olaraq sabah açacaq.
Yay sezonu ərzində Didveıidə bütün kanatlar gündəlik rejimdə 11:00-dan 18:00 saata kimi işləyəcək.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, dağ kurortlarının inkişafı və popularizə edilməsi üçün qış kurortlarının dörd sezonlu olması önəmlidir. Bu istiqamətdə kurortlarda beynəlxalq səviyyədə velo-park və 29 km-lik velo-cığır quraşdırılıb.

2016-cı ildə Bakurianidə Ümumqafqazda ilk dağ-xizək kurortunda əlavə atraksion “Topoqan” quraşrıldı.

İdarənin məlumatına əsasən, istirahətdə olanlar eləcə də, müasir texnika ilə quraşdırılmış “Bakuriani” kinoteatrına da gedə bilərlər.

Bununla, idarədə bəyan edildiyi kimi, Gürcüstanın dağ-xizək kurortlarının popularizə edilməsi üçün funksional vı məlumatlandırıcı şəkildə aplikasiya yaradıldı. O, bir brend altında dörd dağ kurortu Qudauri, Bakuriani, Qoderdzi və Mestiyanı birləşdirir.