Bakurianidə yay sezonu rəsmi olaraq sabah açılacaq
İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, dağ kurortlarının inkişafı və popularizə edilməsi üçün qış kurortlarının dörd sezonlu olması önəmlidir. Bu istiqamətdə kurortlarda beynəlxalq səviyyədə velo-park və 29 km-lik velo-cığır quraşdırılıb.
2016-cı ildə Bakurianidə Ümumqafqazda ilk dağ-xizək kurortunda əlavə atraksion “Topoqan” quraşrıldı.
İdarənin məlumatına əsasən, istirahətdə olanlar eləcə də, müasir texnika ilə quraşdırılmış “Bakuriani” kinoteatrına da gedə bilərlər.
Bununla, idarədə bəyan edildiyi kimi, Gürcüstanın dağ-xizək kurortlarının popularizə edilməsi üçün funksional vı məlumatlandırıcı şəkildə aplikasiya yaradıldı. O, bir brend altında dörd dağ kurortu Qudauri, Bakuriani, Qoderdzi və Mestiyanı birləşdirir.