Bakıda "Cənub qazı" dəhlizinin birinci hissəsinin rəsmi açılış mərasimi keçirildi
Bakıda "Cənub qazı" dəhlizinin birinci hissəsinin rəsmi açılış mərasimi keçirildi

Bakıda “Cənub qazı” dəhlizinin birinci hissəsinin rəsmi açılış mərasimi keçirildi.

Enerji dəhlizi Gürcüstan ərazisindən keçərək, Azərbaycan qazının Avropaya verilməsini təmin edəcək.

Açılış mərasimi Bakının yaxınlığında yerləşən Səngəçal terminalında keçirildi.

Tədbirdə nitqlə çıxış edən zaman Azərbaycan prezidenti İlham Əliyev bəyan etdi ki, layihənin həyata keçirilməsi geniş beynəlxalq əməkdaşlıq nəticəsində mümkün oldu.

“Bu layihə beynəlxalq əməkdaşlıq nəticəsində baş tutdu və onda iştirak edən ölkələr arasındaki əməkdaşlığı daha da gücləndirəcək” – dedi İlham Əliyev.

Azərbaycan prezidenti layihənin həyata keçirilməsinə yardım etmələri üçün Böyük Britaniyaya, Avropa İttifaqına və Beynəlxalq Maliyyə İnstitutlarına təşəkkür etdi.

“Cənub qazı dəhlizinin” yenə bir hissəsinin açılış mərasimi Türkiyədə iyunun 12-də planlaşdırılıb.

Bugün Bakıda keçirilən açılışda isə, Türkiyə nümayəndələri prezident Rəcəp Tayyip Erdoğanın məktubunu oxudular.

“Bakı-Tbilisi-Cehyan, Bakı-Tbilisi-Kars və Bakı-Tbilisi Ərzurum kimi layihələrdən sonra, TANAP bütün regionun gələcəyini dəyişə dəyişəcək” – deyilir Rəcəp Tayyip Erdoğanın məktubunda.