Avstraliyada yanğın nəticəsində daha bir insan həlak oldu
Avstraliyada yanğın nəticəsində daha bir insan həlak oldu

Avstraliyada meşədə əmələ gələn miqyaslı yanğın nəticəsində daha bir insan həlak oldu. Həlak olanların sayı üçə çatdı. Ən azından 20-ə qədər yanğınsöndürən və 15-ə qədər yerli xəsarət alıb. Fəlakət 400 min hektar ərazini əhatə edib.

Ölkənin Fövqəladə Hallar Xidmətində qorxurlar ki, alovun sürətlə yayılmasına görə, ekstrimal durum yaranır və xilasedicilər hamıya yardım edə bilməyəcəklər.

Yerli hakimiyyət sakinlərə müraciət edir ki, öz təhlükəsizliyi qayğısına müstəqil şəkildə qalsınlar. Alovun yayılmasına havanın yüksək temperaturu və külək imkan yaradır.

Şərh yaz