Arçil Talakvadze - Baş nazir namizədləri ilə bağlı məsləhətləşmələr aparılır və onların arasında Mamuka Baxtadzenin namizədliyi də müzakirə olunur
Arçil Talakvadze - Baş nazir namizədləri ilə bağlı məsləhətləşmələr aparılır və onların arasında Mamuka Baxtadzenin namizədliyi də müzakirə olunur

Baş nazir namizədləri ilə bağlı məsləhətləşmələr aparılır və namizədlər arasında Maliyyə Naziri Mamuka Baxtadzenin namizədliyi də müzakirə olunur, – bu bəyanatı parlament əksəriyyətinin lideri Arçil Talakvadze verdi.

Onun dediyinə görə, əsas meyarlardan biri odur ki, baş nazirin iqtisadi təhsili və iqtisadiyyat sahəsində iş təcrübəsi olsun.

Bidzina İvanişvilinin namizədliyinin müzakirə olub-olmadığı haqqında suallara Arçil Talakvadze cavab verdi ki, bu prezidentin ehtimalı idi, ancaq onun proqnozu yanlışdır.