Almaniyanın Xarici İşlər Nazirliyi - Rusiya tərəfindən Gürcüstanın işğal edilmiş regionlarının "müstəqilliyinin" elan edilməsi qeyri-məqbuldur
Almaniyanın Xarici İşlər Nazirliyi - Rusiya tərəfindən Gürcüstanın işğal edilmiş regionlarının "müstəqilliyinin" elan edilməsi qeyri-məqbuldur

Almaniyanın Xarici İşlər Nazirliyinin bəyanatına görə, Rusiya tərəfindən Gürcüstanın işğal edilmiş Abxaziya və Tsxinvali regionlarının “müstəqilliyinin” elan edilməsi qeyri-məqbuldur.

Bu barədə Almaniyanın Xarici İşlər Nazirliyi tərəfindən Gürcüstan-Rusiya müharibəsinin 10 illiyinə həsr olunmuş bəyanatında deyilir.

Bəyanatda həmçinin, qeyd olunur ki, Almaniya Gürcüstanda Avropa İttifaqı monitorinqinin missiyasını davam etidir və tələb edir ki, beynəlxalq təşkilatlar Rusiya tərəfindən işğal edilən ərazilərə daxil ola bilsinlər.

Almaniya həmçinin, Gürcüstan iqtidarının “Daha yaxşı gələcək üçün addım” təşəbbüsünü dəstəkləyir, hansı ki, ölkəyə işğal xəttinin hər iki tərəfində yaşayan insanlara maddi mənəvi yardım verməyi nəzərdə tutur.