Aleko Elisaşvili - Giorgi Vaşadze iki gündə mövqeyini radikal olaraq dəyişdi, başına nə iş gəldi, bilmirəm
Aleko Elisaşvili - Giorgi Vaşadze iki gündə mövqeyini radikal olaraq dəyişdi, başına nə iş gəldi, bilmirəm

Şəxsən Giorgi Vaşadze ilə kommunikasiyam olmayıb, lakin “Qirçinin” nümayəndələri əlaqədə olublar. Giorgi Vaşadze dedi ki, nəinki məmnuniyyətlə qəbul edəcəkdi, haəbuki sevinclə qarşılayacaqdı və nə barədə müzakirə edəkdiksə müzakirə edəcəkdi – böhrandan çıxış və yerli öznüidarəetmə seçkilərinin bir növ plebissit olması təklifi barəsində, – bu barədə “Vətəndaşlar” partiyasının lideri, Aleko Elisaşvili Gürcüstanın Birinci Kanalına bəyan etdi.

“Giorgi Vaşadze iki gündə mövqeyini radikal olaraq dəyişdi. Bu mövqeyin gözlənilmədən, radikal olarq, 180 dərəcə ilə dəyişməsi biraz anlaşılmazdır. Problemimiz yoxdur, fərdi olaraq Giorgi Vaşadze görüşmək istəmirmi? Hansı formatda istəyirə o cür görüşəcəyik. İstənilə müxalifətçi ilə tək-tək və brlikdə də görüşəcəyik. Yeganə tələbimiz var ki, bu görüş qurulu kameralar ilə keçirilsin ki, sonra spekulyasilar baş verməsin. Bu ölkənin taleyi barəsində söhbət edirk. Vaşadze və Xazaradze ilə şəxsi işim yoxdur ki. Şəxsi görüş istəmirlərmi? Necə istəyirlərsə elə görüşək. Hansı ftmat istəyirlərsə o format olsun, hamı iştirak etsin, Bokeriya da olmalıdır. Sadəcə olaraq, bu iki gündə siyasətçi mövqeyini niyə dəyişirsən. Vaşadzenin başına nə iş gəldi bilmirəm”, – Aleko Elisaşvili bəyan etdi.

“Qirçi” partiyasının liderlərindən biri, Yaqo Xviçiya “Strategiya Ağmaşenebeli” partiyasının lideri, Giorgi Vaşadzenin bəyanatına əks səda verdi. Vaşadze bəyan etdi ki, müxalifət tərəfindən yeni təşəbbüslərin irəli sürülməsini düzgün hesab etmir və düşünür ki, istənilən bu cür məsələ ümumi formatda müzakirə olunmalı idi.

Yaqo Xviçiyanın dediyinə görə, onlar deyəndə ki, “Qirçi” və “Vətəndaşlar” Giorgi Vaşadze ilə görüş planlaşdırırlar, Vaşadzenin bunun əleyhinə mövqeyi olmayıb.