David Zilpimiani - doqquzuncu çağırış Parlamentinin fəaliyyəti tənqidə tab gətirə bilmir, müxalifətin heç bir qanunvericilik təşəbbüsü qəbul olunmayıb
Parlament müxalifətinin nümayəndəsi, “Avropalı Sosialistlər” partiyasının üzvü, David Zilpimianinin bəyanatına görə, doqquzuncu çağırış Parlamentinin fəaliyyəti tənqidə tab gətirə bilmir.
Onun dediyinə görə, doqquzuncu çağırış Parlamentində müxalifətin heç bir qanunvericilik təşəbbüsü qəbul olunmayıb.
David Zilpimiani Parlamentin hərillik fəaliyyət hesabatının təqdimatına əks səda verdi və qeyd etdi ki, onun üçün Arçil Talakvadzenin çıxışı məlumatlandırıcı xarakterli idi.
“Doqquzuncu çağırış Parlamentinin fəaliyyəti tənqidə tab gətirə bilmir. Təsəvver edirsinizmi, doqquzuncu çağırış Parlamentində müxalifətin heç bir qanunvericilik təşəbbüsü qəbul olunmayıb. Yəni, müxalifət tərəfindən həyata keçirilmiş hansısa dəyişiklikmövcud deyil. Bunu bu gün eşitdim və möcüzədir. Real olaraq vaxt ona itirdi ki, bir-birlərinə palçıq atırdılar.
Aleko Elisaşvilinin formatla bağlı bəyanatına gəldikdə, obyektiv olmaq istəyirəm. Elisaşvili nitqlə çıxış etmək istəyəndə, buna icazə vermədilər. Bundan sonra, çıxış etməyə imkanımız var idi, lakin həmin vaxt zaldan çıxmışdılar. Arçil Talakvadzenin çıxışı mənim üçün məlumatlandırıcı xarakterli idi, növbəti hesabatlarını daha dəyərləndirərəm”, – David Zilpiamiani bəyan etdi.