Aleko Elisaşvili - Nika Meliya mənlə münasibətdə həddi aşdı, lakin ağır emosional fonu var və hərəkətini bununla doğruldaram
Bütün həmkarımdan, xüsusilə də “Gürcü Arzusunun” nümayəndələrindən xahiş edirəm, porkurluğun vəkalətnaməsi ilə razılaşmayın. Əgər normal ölkədə yaşamaq istəyiriksə, müxalifət partiyasının nə üzvünün və xüsusilə də sədrinin immunitetini ləğv etməməliyik, – bu barədə “Vətəndaşlar” partiyasının lideri, Aleko Elişavili Parlamentin plenar iclasında bəyan etdi.
Elisaşvilinin dediyinə görə, deputatlıq immuniteti ona görədir ki, müxalifətçi deputatların imkanları olsun və etdiklərindən qoruxmasınlar.
“Faktdır ki, Nika Meliya mənlə münasibətdə həddi aşdı, lakin ağır emosional fonu var və hərəkətini bununla doğruldaram. Əgər normal ölkədə yaşamaq istəyiriksə, Nika Meliya və Milli Hərəkata qarşı nə münaibətinizdə olmasa, onun immunitetinin dayandırlmasını dəstəkləməyin. Müəyyən vaxtdan sonra siz də müxaliftə skamyasında olacaqsınız və onda əmin olacaqsınız ki, bizim bu xahişimiz düzgün idi”, – Elisaşvili bəyan etdi.
Aleko Elisaşvili bu gün qeyd etdi ki, öz maaşından Nika Meliyanın girov məbləğini ödəməyə hazırdır.
Nika Meliya isə bəyan etdi ki, kim onun əvəzinə göruvunu ödəyəcək DTX agenti və Qavrilovun tərəfdarı olacaq.
“Aleko Elisaşvili məni indi öz ayağımla o Parlamentə gətirmə, öz əlimlə səni o Parlamentdən çıxararam. Götürüb çıxararam, həqiqətən məni gətirmə. Nə ödəyəcəksəmn öz maaşından”, – Nika Meliya qeyd etdi.