20-21 iyun aksiyaları zamanı qrup zorakılığında iştirak edən dörd nəfər həbs edildi
20-21 iyun aksiyaları zamanı qrup zorakılığında iştirak edən dörd nəfər həbs edildi

Polis 20-21 iyun tarixində keçirilən etiraz aksiyaları zamanı qrup zorakılığında iştirak edən dörd nəfəri həbs etdi.

Bu barədə bəyanatı Daxili İşlər Nazirinin müavini Vladimer Bortsvadze nazirlikdə keçirilən brifiqdə verdi.

Həbs edilənlər 1987-ci il təvəllüdlü Z.B., 1980-ci il təvəllüdlü K.K., 1994-cu il təvəllüdlü T.S və 1974-cü il təvəllüdlü B.T-dır.

Onlar tərəfindən törədilən cinayət 6-dan 9 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Qeyd olunan şəxslər mitinq zamanı müxtəlif əşyalarla polisə hücum edirdilər.

Onlardan biri olan T.S. polis əməkdaşını dəyənəklə döyürdü.

“İctimaiyyətin yüksək marağını nəzərə alaraq, nazirlik məsələ ilə bağlı əhaliyə məlumat verəcək” – dedi Daxili İşlər Nazirinin müavini.