Zviad Dvali Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib
Zviad Dvali Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəisi Mixeil Mağlakelidzenin müavini vəzifəsinə Zviad Dvali təyin edilib.

İstintaq Xidmətinin rəisi yeni təyin olunmuş rəis müavinini qurumun əməkdaşlarına təqdim edib.

Görüşdə İstintaq Xidmətinin yeni rəis müavini əməkdaşlara gələcək fəaliyyətlə bağlı vizyonunu təqdim edib və onlara uğurlar arzulayıb.

Zviad Dvali bu vəzifəyə təyin olunmazdan əvvəl Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətində İqtisadi şöbənin rəisi vəzifəsində çalışıb. Onun həm hüquq-mühafizə orqanlarında, həm də özəl sektorda uzunmüddətli iş təcrübəsi var.

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayır.