Zurab Siçinava – Anaklia dərin su limanının tikinti ərazisində və dəniz akvatoriyasında dəniz infrastrukturu işləri fəal şəkildə davam edir
Anaklia Dərin Su Limanının akvatoriyasına “Jan De Nul” qrupunun donanmasına aid ilk dibdərinləşdirmə gəmisi “Tristao Da Cunha” daxil olub və o, qanunvericiliklə müəyyən edilmiş prosedurlardan keçdikdən sonra dibdərinləşdirmə işlərinə başlayacaq”, – bu barədə “Anaklia Dəniz Limanı” şirkətinin direktoru Zurab Siçinava bildirib.
Onun sözlərinə görə, “Tristao Da Cunha” ilk növbədə dalğaqıran kanalının qurulması məqsədilə dibdərinləşdirmə işlərinə başlayacaq və bunun üçün təxminən bir ay vaxt lazım olacaq, daha sonra isə gəmi akvatoriyanın və giriş kanalının dərinləşdirilməsinə keçəcək.
“Bu hədəfə çatmaq üçün təxminən bir ay ərzində ona daha böyük ölçülü “Al-Idrisi” dibdərinləşdirmə gəmisi qoşulacaq və onlar birlikdə dibdərinləşdirmə işlərinə başlayacaqlar, nəticədə Anakliada dəniz dibi təxminən 17,5 metrədək dərinləşdiriləcək və 1380 metr uzunluğunda dalğaqıran tikiləcək. Anaklia dərin su limanının tikinti ərazisində və dəniz akvatoriyasında dəniz infrastruktur işləri fəal şəkildə davam edir və bu işləri Avropanın “böyük dördlüyünün” üzvü olan, dünyaca məşhur “Jan De Nul N.V.” şirkəti gürcü tərəfdaşları ilə birlikdə həyata keçirir”, – deyə Zurab Siçinava bildirir.
Gürcüstan hökuməti Anaklia limanını dünyada sınaqdan keçirilmiş metodla, yəni “lendlord” (ev sahibi) prinsipi ilə inkişaf etdirəcək ki, bu da ona bir neçə dövlət və tərəfdaş şirkətlə əməkdaşlıq etmək imkanı verəcək və bu da limanın gələcək inkişafı üçün son dərəcə vacib bir qərardır.