Zurab Caparidze – Adi alver gedir, patriarxlıq “Gürcü Arzusu”na yəqin deyəcək ki, sizi tənqid etməyəcəyik, qarşılığında bizə orada 20 hektar və orada 15 hektar torpaq verin, bu, final olacaq
Zurab Caparidze – Adi alver gedir, patriarxlıq “Gürcü Arzusu”na yəqin deyəcək ki, sizi tənqid etməyəcəyik, qarşılığında bizə orada 20 hektar və orada 15 hektar torpaq verin, bu, final olacaq

 
Konstitusiyada Gürcüstanın Ortodoks Kilsəsinin xüsusi tarixi rolu onsuz da qeyd olunub, bilmirəm yeni nə yazasıdırlar – bu haqda “Qirçi-daha çox azadlığ”ın lideri Zurab Caparidze bildirib.

O, kilsə mövzusunun “Gürcü Arzusu”na əslində seçkiöncəsi lazım olduğunu deyib.

“Onlar bilirlər ki, patriarx bu ölkədə ta qədimdən ən yüksək reytinqə malikdir və bundan istifadə etmək istəyirlər. Zənn edirdilər ki, kilsənin xoşuna gələcəkdi, lakin patriarxlıqdan qəti şəkildə rədd cavabı aldılar. Fikrimcə, indi ifadə ilə əlaqədar adi alver gedir. Patriarxlıq yəqin deyəcək ki, gəlin bu ifadədə razılaşaq, sizi tənqid etməyəcəyik, seçkiöncəsi istifadə edin, qarşılığında bizə orada 20 hektar və orada 15 hektar torpaq verin, bu, final olacaq” – Caparidze bildirib.