Zurab Abaşidze və Griqori Karasinin növbəti görüşü bugün keçiriləcək
Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlər məsələri üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Rusiyanın Xarici İşlər naziri Griqori Karasin ilə bugün görüşəcək.
Abaşidze-Karasinin görüşü işğal edilmiş ərazidə Arçil Tatunaşvilinin öldürülməsindən sonra ilk dəfə keçirilir.
Zurab Abaşidze Birinci Kanal ilə söhbət zamanı bəyan etdi ki, görüş zamanı mütləq Arçil Tatunaşvilinin öldürülməsi məsələsinə də toxunacaq.
Gürcüstan və Rusiya prezidentləri arasında görüşün keçirilib-keçirilməyəcəyi haqqında məlumat isə, hələlik yoxdur.
Gürcü-rus dialoqu çərçivəsində Prağa formatı 2012-ci ildən bəri mövcuddur.