Zurab Abaşidze - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı ilə sakit tanış olacağıq və rəsmi cavab güman edildiyinə görə, sabah olacaq
Gürcüstan hökuməti, Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvilinin bəyanatına cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına güman edildiyinə görə, sabah cavab verəcək.
Birinci kanal ilə müsahibəsi zamanı, Baş nazirin Rusiya ilə ələqələr üzrə xüsusi nümayəndəsi, Zurab Abaşidzenin dediyinə görə, bu məsələ ilə aidiyyəti olan şəxslərin hamısı tanış olacaq və gürcü tərəfinin mövqeyi bundan sonra formalaşacaq.
“Hələlik bir şərh verə bilmərəm, vaxt lazımdır. Bəyanat ilə sakit tanış olacağıq, təcili heçnə yoxdur. Buna aidiyyəti olan şəxslərin hamısı tanış olacaq və gürcü tərəfinin mövqeyi bundan sonra formalaşacaq. Hələlik heç bir dəyərləndirmə verə bilmərəm. Bəyanatla bu dəqiqə tanış olduq. Deyəcəyimiz sözümüz sabah hazır olacaq. O qədərdə təcili deyil ki, cavabı mütləq bu gün verməliyik. Bəyanat ilə sakit tanış olacağıq və rəsmi cavab güman edildiyinə görə, sabah olacaq”, – Abaşidze bəyan etdi.
Xatırladaq ki, martın 9-da Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili Rusiya Federasiyasının ali hakimiyyətinə müraciət etdi ki, çətin durumun dəf edilməsi məqsədi ilə birgə addımlar atılsın.