Zurab Abaşidze - Rusiya sərhəd monitorinqi ilə bağlı razılaşmayı imzaladı
Rusiya sərhəd monitorinqi və administrasiyası ilə bağlı razılaşmayı imzaladı.
Bu barədə məlumatı Birinci Kanala Rusiya ilə əlaqələr məsələləri üzrə Gürcüstanın baş nazirinin nümayəndəsi Zurab Abaşidze verdi.
Abaşidzenin dediyinə görə, sənəd dünən imzalandı.
İsveçrənin SGS şirkəti ilə 2011-ci ildə qoyulan müqavilə tərəflər arasında sərhəd monitorinqi ilə bağlı razılaşmayı nəzərdə tutur, hansı ki, sərhəd dəhlizərinin neytral monitorlar tərəfindən nəzarət edilməsini nəzərdə tutur.
Gürcü tərəfi bu razılaşmayı keçən ilin dekabr ayında imzaladı və eyni hərəkəti Rusiyadan gözləyirdi.
“Ümid edirəm ki, Rusiya tərəfi bu razılaşma ilə nəzərdə tutulan öhdəlikləri ləyiqli şəkildə yerinə yetirəcək. Növbəti görüşümüzdə bu məsələyi müzakirə edəcəyik” – dedi Zurab Abaşidze.
Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlər məsələri üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Rusiyanın Xarici İşlər naziri Griqori Karasin ilə mayın 24-də görüşəcək.