Zurab Abaşidze - Rusiya çalışır ki, Tatunaşvilinin vəfat etməsi faktından kənarlaşa
Gürcü tərəfi Arçil Tatunaşvilinin cəsədinin ailəsinə verilməsi və vətəndaşlarımızın vaxtında azad olunması baş verməsi üçün praktiki olaraq bütün beynəlxalq berketdən istifadə etdi, təəssüflər olsun ki, nəticənin bir hissəsinə nail olduq, – bu barədə Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr məsələləri üzrə xüsusisi nümayəndəsi, Zurab Abaşidze bəyan etdi.
Zurab Abaşidzenin bəyanatına görə, Gürcüstanın tələbi konkretdir ki, Arçil Tatunaşvilinin cəsədinin ailəsinə verilməsi təcili baş versin.
Bununla yanaşı, elə onun dediyinə görə, baş nazir Giorgi Kvirikaşvili addım atdı və problemin həlli üçün Rusiyanın Ali Hakimiyyətinə müraciət etdi.
“Gürcü tərəfi Arçil Tatunaşvilinin cəsədinin ailəsinə verilməsi və vətəndaşlarımızın vaxtında azad olunması baş verməsi üçün praktiki olaraq bütün beynəlxalq berketdən istifadə etdi, təəssüflər olsun ki, nəticənin bir hissəsinə nail olduq. Onu nəzərdə tuturam ki, iki gün bundan əvvəl bizim iki vətəndaşımız azad olundu. Baş nazir Giorgi Kvirikaşvili addım da atdı və problemin həlli üçün Rusiyanın Ali Hakimiyyətinə müraciət etdi. Rusiyanın Xarici İşlər Nazirliyinin qeyd olunan şərhində Rusiya tərəfi çalışır ki, bu faciəvi faktdan kənarda dursun və yalnız təəssüfləndiyini ifadə edir. Xüsusi ilə qeyd etmək istəyirəm ki, bizim üçün önəmli ümumi şərhlər və ümumi cavablar deyil, halbuki konkret addımlardır. Cəsədin təcili vaxtənda uğranmasını tələb edirik. Rusiya baş verənlərə görə, heç bir zaman məsuliyyətdən yayına bilməz”, – Zurab Abaşidze qeyd etdi.
Xatırladaq ki, martın 9-da Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili Rusiya Federasiyasının ali hakimiyyətinə müraciət etdi ki, çətin durumun dəf edilməsi məqsədi ilə birgə addımlar atılsın.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyildiyi kimi, baş nazirin bəyanatı ilə Moskvada diqqətlə tanış oldular və müraciətdə ifadə olunan əhval-ruhiyyə ilə məmnundular.