Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun 52-ci kilometrində, Barca kəndində qaya kütləsi uçub
Daxili dövlət əhəmmiyyətli Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun 52-ci kilometrində, Barca kəndində qaya kütləsi uçub.
Yollar Departamentinin məlumatına görə, qaya kütləsinin uçması ilə əlaqədar bütün növ avtonəqliyyatın hərəkəti müvəqqəti qadağan olunur.
Yollar Departamentinin məlumatına görə, əraziyə müvafiq texnika səfərbər edilib və nəqliyyatın hərəkətini ən qısa müddətdə bərpa etmək üçün intensiv təmizləmə işləri aparılır.