Zemo Poniçalada mərkəzi yolun bərpası başlayır, buna görə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Krtsanisi Rayon İcra hakimiyyəti Zemo Poniçaladakı binalar arasında mövcud mərkəzi yolda bərpa işlərinə başlanılır, buna görə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Məlumatı Tbilisi meriyası yayır.
Layihə çərçivəsində yeraltı kommunikasiya şəbəkələri dəyişdiriləcək, uyğunlaşdırılmış yol infrastrukturu, işıqlandırma sistemi, yaşıllıq zolaqları təşkil olunacaq. Avtobus gözləmə yerləri, göstərici lövhələr və yol nişanları da yenilənəcək.
Aprelin 28-də başlayacaq və 4 ay davam edəcək işlər zamanı qeyd olunan ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu müddətdə şəxsi avtomobillər Kapanadzeebi və Ğoğoberidze küçələri ilə hərəkət edəcək.
İctimai nəqliyyata gəlincə, 343 və 344 saylı avtobuslar 29 saylı binaya, gədər, 409 saylı mikroavtobus isə Marneuli küçəsinə gədər hərəkət edəcək.İctimai nəqliyyat sərnişinlərə geri istiqamətdə də eyni marşrut üzrə xidmət göstərəcək.