"Zebra keçidlərində" gecə işıqlandırması quraşdırılacaq
"Zebra keçidlərində" gecə işıqlandırması quraşdırılacaq

Paytaxtın meri, Kaxa Kaladzenin bəyan etdiyinə görə, “zebra keçidlərində” gecə işıqlandırması quraşdırılacaq

Kaxa Kaladzenin paytaxt hökumətinin  bü genki iclasında bəyan etdiyinə görə, Tbilisi Meriyası nəqliyyat siyasətinin həyata keçirilməsində başladı. Bu ictimai nəqliyyatın və piyada gəzənlərin təhlükəsiz hərəkətinə yönəldilibdir.

“İctimai nəqliyyat baxımından siz bilirsiniz ki, bu il yeni avropa tipli 100 avtobus gətirəcəyik. Bilirik bu azdır. Lakin gələn il tam yenilər ilə əvəz olunma baş verəcək. Bundan başqa piyadaların hüquqları müdafiə olunmalıdır”, – Kaxa Kaladze bəyan etdi.

Elə onun dediyinə görə, Tbilisidə elə yerlər var ki, bir tərəfdən o biri tərəfə piyada keçmək mümkün deyil, çünki bunun üçün infrastruktur mövcud deyil.

“Hazırda biz 100-dən artıq yer aşkar etdik ki, oraya infrastrukturun təşkili, işıqforların quraşdırlması vacibdir. Həmçinin “zebra keçidlərində” gecə işıqlandırması quraşdırılacaq”, – Kaxa Kaladze bəyan etdi.