Zaza Sopromadze - Qudauridə zərər görən hamilə qadının sağlamlıq vəziyyəti stabildir
Zaza Sopromadze - Qudauridə zərər görən hamilə qadının sağlamlıq vəziyyəti stabildir

Qudauridə kanat yolunda baş verən qəza zamanı zərər görən İsveçli hamilə qadının sağlamlıq vəziyyəti yaxşıdır.

Bu barədə məlumatı Səhiyyə Nazirinin müavini Zaza Sopromadze, İsveçli turisti “Mediklab Georgia” klinikasında ziyarət etdikdən sonra verdi.

Sopromadzenin dediyinə görə, İsveç vətəndaşı olan turist 15 həftəlik hamilədir. Müayinələrdən sonra, məlum oldu ki, qadının və uşağının sağlamlıq vəziyyəti stabildir. Profilaktika üçün qadın 24 saat ərzində klinikada qalacaq, sonra isə, müvafiq rekomendasiyalarla klinikadan buraxılacaq.

Qudauridə baş verən qəza zamanı 11 nəfər zərər gördü. Onlardan yeddisinə tibbi yardım lazım oldu və müxtəlif klinikalara yerləşdirildilər.

Zərər görənlər Gürcüstan, Rusiya, Ukrayna və İsveç vətəndaşlarıdırlar.

Sopromadzenin dediyinə görə, yaralıların müəlicə xərclərini hökümət ödəyəcək.