Zaporojyeyə Rusiyanın hücumu nəticəsində bir nəfər həlak olub, 15 nəfər yaralanıb

17:59, 28.06.2026

Rusiya Zaporojyeyə hücum edib. Nəticədə bir nəfər həlak olub, ikisi uşaq olmaqla 15 nəfər yaralanıb.

Zaporojye Vilayət Administrasiyasının rəhbəri İvan Fedorovun məlumatına görə, hücum şəhərin mərkəzi hissəsinə təşkil edilib. Yaralananlar arasında beşyaşlı oğlan və 16 yaşlı qız da var. İki nəfər itkin düşmüş hesab olunur.

Axtarış-xilasetmə əməliyyatları hələ də davam edir.

Hücum nəticəsində şəhərdə infrastruktur zədələnib və bir neçə yerdə yanğın baş verib.

Oxşar