Yüz min şəhidin anım günü ilə əlaqədar planlaşdırılan tədbirlərə görə Metexi körpüsündə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq
Yüz min şəhidin anım günü ilə əlaqədar planlaşdırılan tədbirlərə görə Metexi körpüsündə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq

Yüz min şəhidin anım günü ilə əlaqədar planlaşdırılan tədbirlərə görə, noyabrın 13-də Metexi körpüsündə nəqliyyatın hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə Tbilisi meriyası məlumat yayır.

Meriyanın məlumatına görə, saat 11:00-dan 21:00-dək Avropa meydanından Vaxtanq Qorqasali meydanı istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək.

“Qorqasali küçəsindən gələn avtomobillər Kote Abxazi küçəsi vasitəsi ilə Azadlıq meydanı istiqamətində hərəkət edəcək. Avropa meydanından hərəkət edən avtomobillərin Metexi körpüsü istiqamətində hərəkəti məhdudlaşdırılacaq, dairəvi hərəkət isə dəyişməz qalacaq.

İctimai nəqliyyata gəlincə, avtobuslar: N301, N331, N333, N345, N350 və N371, həmçinin mikroavtobuslar: N538, N547, N550 və N580 Avropa meydanı əvəzinə Kote Abxazi küçəsinə hərəkət edəcək və Azadlıq meydanından müəyyən edilmiş sxemə uyğun olaraq sərnişinlərə xidmət göstərəcək.

Əks istiqamətdə dəyişiklik yalnız 333 nömrəli marşruta təsir edəcək. Xüsusi ilə, mikroavtobus Vazisubani qəsəbəsi istiqamətində hərəkət edərkən Kosta Xetaqurovi küçəsindən Barataşvili küçəsinə, Ketevan Dedopali prospektinə qoşulacaq və daha sonra müəyyən edilmiş sxemə uyğun olaraq hərəkət edəcək”, – məlumatda qeyd olunub.