Yuri Uşakov - Rusiya və ABŞ prezidentləri arasında Putin və Zelenski arasında görüş və ya üçtərəfli görüş barədə razılıq əldə olunmayıb
Rusiya və ABŞ prezidentləri arasında Putin və Zelenski arasında görüş və ya üçtərəfli görüş barədə razılıq əldə olunmayıb, – bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna danışıqlarında nümayəndələrin səviyyəsinin artırılması ilə bağlı hələlik konkret təkliflər mövcud deyil.
“Mediada yayılan məlumat onların razılaşdıqları ilə tam uyğun gəlmir. İndi üçtərəfli görüşdən danışırlar, Putinlə Zelenski arasında görüşdən danışırlar, amma bildiyimə görə, Putinlə Tramp arasında bu məsələ ilə bağlı konkret razılaşma olmayıb”, – Uşakov bildirib.